Görəcəyiniz işlər:
- Kredit risklərinin ölçülməsi, monitorinqi və idarə olunması məqsədilə risk modellərinin hazırlanması, tətbiqi və davamlı təkmilləşdirilməsi;
- PD (Probability of Default), LGD (Loss Given Default), EAD (Exposure at Default), Scorecard və digər kredit risk modellərinin hazırlanması, kalibrlənməsi, validasiyası və monitorinqi;
- Stress-test, ssenari təhlili və makroiqtisadi modellərin hazırlanması, nəticələrinin təhlil edilməsi və rəhbərliyə müvafiq təkliflərin təqdim edilməsi;
- Mərkəzi Bankın tələbləri, IFRS 9 və digər beynəlxalq standartlara uyğun olaraq gözlənilən kredit zərərlərinin (ECL) hesablanması, ehtiyatların formalaşdırılması və bu prosesə nəzarətin həyata keçirilməsi;
- Kredit portfelinin risk göstəricilərinin təhlili, trend analizlərinin aparılması və risklərin vaxtında müəyyən edilməsi;
- Bankın risk iştahası (Risk Appetite Framework) və risk limitləri üzrə göstəricilərin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması;
- Risk limitlərinin hesablanması metodologiyalarının hazırlanması, limitlərə riayət olunmasına nəzarət və limit pozuntularının təhlili;
- Kredit riskləri üzrə mütəmadi və ad-hoc hesabatların hazırlanması, rəhbərliyə və aidiyyəti komitələrə təqdim edilməsi;
- Kredit risklərinin idarə edilməsi istiqamətində analitik hesabatların, dashboard-ların və vizuallaşdırma alətlərinin hazırlanması;
- SQL, Python, R və süni intellekt (AI və ya Gen Aİ) əsaslı alətlərdən istifadə etməklə hesabatların hazırlanması, proseslərin avtomatlaşdırılması, dashboard-ların qurulması və analitik həllərin inkişaf etdirilməsi;
- Kredit risklərinin idarə edilməsi sahəsində metodologiyaların hazırlanması və təkmilləşdirilməsi;
- Fəaliyyət istiqaməti üzrə digər tapşırıqların icrası.
Bizim üçün uyğun namizəd:
- İqtisadiyyat, Maliyyə, Tətbiqi Riyaziyyat, Statistika və ya digər uyğun ixtisaslar üzrə ali təhsil;
- Kredit risklərinin idarə edilməsi, risk modelləşdirilməsi və ya analitik sahədə minimum 2 il iş təcrübəsi;
- IFRS 9, Basel prinsipləri və kredit risklərinin idarə edilməsi üzrə biliklər;
- Kredit risk modellərinin (PD, LGD, EAD, Scorecard və s.) hazırlanması və ya tətbiqi sahəsində təcrübə üstünlük hesab olunur;
- Əla səviyyədə SQL və Microsoft Excel bilikləri. Python, R və ya digər statistik proqramlaşdırma alətlərindən ən azı biri üzrə praktiki bilik;
- Süni intellekt əsaslı alətlərdən analitik işlərdə, məlumatların emalında, hesabatların hazırlanmasında və proseslərin avtomatlaşdırılmasında istifadə bacarığı üstünlük hesab olunur;
- Güclü analitik düşüncə və problem həll etmə bacarığı;
- Böyük həcmli məlumatların emalı və təhlili üzrə təcrübə;
- Analitik nəticələri aydın, strukturlaşdırılmış və peşəkar formada təqdim etmək bacarığı olan şəxsdir.