Data və Süni intellekt platforma mühəndisliyi üzrə baş mütəxəssis

Daimi Tam gün

İş haqqında

Görəcəyiniz işlər:

  • Miqyaslana bilən data arxitekturalarını (data lake, data warehouse, data mesh prinsipləri) dizayn etmək və data modelləşdirmə standartlarını müəyyən etmək;
  • MLOps komponentlərinin (feature store, model registry, model deployment orkestrasiyası) qurulmasına liderlik etmək (OpenShift AI, Kubernetes);
  • İri həcmli batch və real-vaxt data pipeline-larını (Kafka, CDC, ETL/ELT) dizayn etmək və dayanıqlılığını təmin etmək;
  • Data governance istiqamətində data lineage, metadata kataloqu və data access siyasətlərinin platforma mexanizmləri ilə tətbiqini təmin etmək;
  • AI iş yükləri üçün infrastruktur tələblərini (GPU resursları və s.) müəyyən etmək və Cloud-Native komandası ilə birgə təmin etmək;
  • Data keyfiyyəti monitorinqi və data observability strategiyasını qurmaq, performans problemlərini öncədən aşkarlamaq.
  • Geniş data platforması dəyişikliklərini planlamaq, tətbiq etmək və riskləri dəyərləndirmək;
  • Data təhlükəsizliyi, yüksək mövcudluq (High Availability) və xərclərin optimallaşdırılması kimi strateji sahələrdə qərar vermək.

Bizim üçün uyğun namizəd:

  • İnformasiya Texnologiyaları, Kompüter elmləri sahəsində ali təhsili olan;
  • İri miqyaslı data pipeline-larının (batch və streaming) dizaynı və istismarı üzrə dərin təcrübəyə sahib;
  • MLOps alətləri və yanaşmaları (model registry, feature store, model serving; OpenShift AI və ya oxşar platformalar) üzrə təcrübəsi olan;
  • Python və SQL üzrə yüksək səviyyədə səriştəsi olan; Kubernetes/OpenShift üzrə dərin biliklərə sahib;
  • Mentorluq və geniş mühəndislik təcrübəsi olan kollektivlə ünsiyyət bacarıqlarına malik olan;
  • Komanda idarəetməsi, liderlik və kompleks texnoloji problemlərə innovativ həllər tapma bacarıqları olan;
  • Scrum/Agile prinsipləri üzrə işləmək qaydalarını bilən;
  • İnsident və Problem idarə edilməsi üzrə biliklərə sahib;
  • İnkişaf etdirilmiş analitik bacarıqlar və kritik düşüncəsi olan və mürəkkəb texniki məsələləri başa düşərək problemi təhlil edib optimal həllər təqdim edən şəxsdir.