İnzibati binalar və əmlakların idarə edilməsi şöbəsinə yanğın təhlükəsizliyi üzrə mütəxəssis

Daimi Tam gün

İş haqqında

Görəcəyiniz işlər:

  • Bankın inzibati binalarında, filial və şöbələrində yanğın təhlükəsizliyinə və müvafiq qaydalara riayət olunmasına nəzarət etmək
  • Yanğın hadisələrinin və risklərinin səbəblərinin analizi, qarşısının alınması üçün tədbirlər hazırlamalı və onların həyata keçirilməsini təşkil etməsi
  • İş yerlərində yanğına qarşı profilaktik sanitar-texniki vəziyyətin yoxlanılmasında iştirak etmək
  • Bank obyektlərində yanğın təhlükəsizliyinin yaxşılaşdırılmasına və gücləndirilməsinə yönələn kompleks planların hazırlanmasını təşkil etmək
  • Binanın, qurğuların, elektrik şəbəkələrinin və avadanlıqların yanğın təhlükəsizliyi üzrə texniki vəziyyətinin yoxlanılmasında iştirak etmək
  • Bankın filial və şöbələrində mövcud olan ilkin yanğınsöndürmə vasitələrinin (yanğınsöndürənlər, hidrantlar və s.) və yanğın siqnalizasiya sistemlərinin işlək vəziyyətdə olmasına nəzarət etmək
  • İşə yeni qəbul olunanlarla yanğın təhlükəsizliyi üzrə ilkin təlimat aparmalı və işçilərə bu sahədə ortaya çıxan məsələlərin aradan qaldırılmasına köməklik etmək.
  • Bankın işçi heyətinin vaxtaşırı yanğın təhlükəsizliyi üzrə təlimatlandırılmasının təşkilinə nəzarət etmək, biliklərin yoxlanılmasında və yanğın zamanı təxliyə məşqlərində iştirak etmək.
  • İşçilərin yanğın təhlükəsizliyi üzrə ərizə, məktub və şikayətlərinə baxmalı və lazımi ölçülər götürmək
  • Bankda baş verə biləcək yanğın hadisələrinin və insidentlərin araşdırılmasında iştirak etmək
  • Yanğın təhlükəsizliyi üzrə mövcud forma və qaydalara uyğun jurnal və hesabatları aparmaq.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsil (Texniki, Fövqəladə Halların İdarə Edilməsi, Mülki Müdafiə, Yanğın Təhlükəsizliyi və ya əlaqəli sahələr üzrə üstünlükdür).
  • Yanğın təhlükəsizliyi sahəsində minimum 3 il iş təcrübəsi olan;
  • Microsoft Office proqramları; AutoCAD proqramında layihələri oxuma bacarığı (üstünlükdür);  Yanğın təhlükəsizliyi sistemləri üzrə texniki sənədlərlə işləmək bacarığı.
  • Detallara diqqət yetirmə bacarığına sahib olan;
  • Məsuliyyətli və intizamlı şəxsdir.