Müştərilərə satış və xidmət üzrə təcrübə proqramı

Təcrübə Tam gün

İş haqqında

Öyrənəcəyiniz işlər:

  • Korporativ və pərakəndə müştərilərlə iş proseslərini öyrənmək;
  • Bank məhsul və xidmətləri, onların müştərilərə təqdim edilməsi və satışı ilə tanış olmaq;
  • Yeni müştərilərin banka cəlb edilməsi prosesində iştirak etmək;
  • Müştəri sorğularının aidiyyəti struktur bölmələrlə koordinasiya olunması və prosesin təqibini öyrənmək;
  • Müştəri müraciətlərinin idarə edilməsi və yarana biləcək məsələlərin həlli prosesində iştirak etmək;
  • Müştəri portfelinin idarə edilməsi və gecikmələrin ilkin təqibi ilə bağlı praktiki biliklər əldə etmək;
  • Satış hədəfləri ilə işləmə və nəticəyönümlü fəaliyyət prinsiplərini öyrənmək.

Bizim üçün uyğun namizəd:

  • İqtisadiyyat, maliyyə, biznesin idarə edilməsi və ya digər uyğun ixtisaslar üzrə ali təhsilə;
  • Azərbaycan dilində səlis danışıq (rus və ingilis dili biliyi üstünlükdür) qabiliyyətinə;
  • Bank və maliyyə sektorunda karyera qurmağa;
  • Güclü ünsiyyət və komandada işləmək bacarığına;
  • Öyrənməyə və yeni biliklər əldə etməyə;
  • Müştəriyönümlü və nəticəyönümlü yanaşmaya;
  • Satış sahəsinə marağa və yüksək motivasiyaya sahib olan;
  • Dinamik iş mühitinə uyğunlaşa bilən;
  • Məsuliyyətli, təşəbbüskar və diqqətli olan şəxsdir.