Görəcəyiniz işlər:
- Yeni texnologiyaların araşdırılması və tətbiq olunması;
- Məhsulun biznes məntiqinin və back-end sisteminin dizayn olunması və proqramlaşdırılması;
- Front-end proqramçısı ilə sıx əməkdaşlıq edərək funksional, effektli və tam tələblərə cavab verən API-ların hazırlanması;
- Mənbə kodlarının analizi və ehtiyaca uyğun dəyişikliklərin icra edilməsi;
- Unit və inteqrasiya testlərinin yazılması və gündəlik tapşırıqlar üçün avtomatik alətlərin hazırlanması;
- Keyfiyyətli, effektli kodların yazılması və sənədləşdirilməsi;
- Riskləri və səmərəsiz həll yollarını aradan qaldırmaq üçün ideya və fikirlərin təhlil olunması.
Bizim üçün uyğun namizəd:
- Back-end proqramlaşdırma sahəsində minimum 2 illik iş təcrübəsinə;
- AI-dən kod generasiyası, refaktorinq, debug, testlərin yaradılması və texniki sənədləşmə üçün effektiv istifadə bacarığına;
- Backend inkişafı, arxitektura dizaynı və problemlərin həlli üçün prompt engineering prinsipləri üzrə biliyə;
- GitHub Copilot, ChatGPT, Claude, Cursor və oxşar AI alətləri ilə işləmə təcrübəsinə (proqram təminatının hazırlanma prosesini sürətləndirmək üçün istifadəyə);
- Java8, Java EE, Spring Boot üzrə təcrübəyə;
- Versiya Kontrol Sistemləri (Git) üzrə dərin biliklərə;
- RESTful API servislərin hazırlanması və istifadə olunması üzrə təcrübəyə;
- Obyektyönümlü proqramlaşdırma, S.O.L.I.D prinsipləri və Design Patterns barədə dərin biliklərə;
- Verilənlər bazası sistemləri üzrə təcrübə, SQL və NoSQL bazaları barədə biliklərə (PostgreSQL, MySQL, Oracle, MongoDB, Redis);
- Unit, inteqrasiya və API üçün effektli testlərin yazılması biliklərinə;
- Agile Scrum metodologiyası barədə məlumatlılığa;
- Mikroservis arxitekturası üzrə biliklərə;
- PL/SQL biliklərinə;
- Güclü problem həll etmə bacarığına, mürəkkəb məlumatları emal etmək, onları aydın və sadə şəkildə təqdim etmək qabiliyyətinə sahib olan şəxsdir.