Monitorinq şöbəsinə mütəxəssis/aparıcı mütəxəssis (Mikro kreditlərinin monitorinqi üzrə)

Daimi Tam gün

İş haqqında

Görəcəyiniz işlər:

  • Mikro və rəqəmsal mikro kreditlərin monitorinqi və yerində yoxlanılması;
  • Kredit portfelinin və əsas risk göstəricilərinin dinamik təhlili və qiymətləndirilməsi;
  • Risk yönümlü analitik düşüncə və kənarlaşmaları, potensial problemli kreditləri vaxtında müəyyən etmək;
  • Kredit sənədlərinin, müştərinin faktiki biznes fəaliyyətinin, maliyyə vəziyyətinin və əsas maliyyə göstəricilərinin təhlili və yoxlanılması;
  • Kredit vəsaitlərinin təyinatı üzrə istifadəsini və müştərinin müqavilə öhdəliklərinə əməl etməsinin yoxlanılması;
  • Fraud, sui-istifadə və digər potensial risk hallarının müəyyən edilməsi;
  • Müştərinin kredit tarixçəsi, ödəniş intizamı və digər maliyyə öhdəliklərini risk baxımından qiymətləndirilməsi;
  • EWS siqnallarının və portfeldə mənfi dinamikaların müəyyən edilməsi;
  • MS Excel və analitik hesabatlarla işləmək bacarığı;
  • Regionlara ezamiyyətə getmək;
  • Kredit portfelinin seqmentləşdirilməsi və risk qrupları üzrə təhlili;

Bizim üçün uyğun namizəd:

  • Maliyyə, İqtisadiyyat, Bank işi, Riyaziyyat və ya əlaqəli sahə üzrə ali təhsilə malik;MS Excel və analitik hesabatlarla işləmək bacarığı olan;
  • Güclü kommunikasiya, müşahidə və hesabat hazırlama bacarığı olan;
  • Sahə şəraitində müstəqil işləmə və operativ qərarvermə bacarığı olan;
  • Yüksək məsuliyyət və intizamlı olan;
  • Stressli və dinamik iş şəraitində işləmək bacarığı olan;
  • Etik davranış və məxfilik prinsiplərinə riayət edən;
  • Güclü analitik təfəkkür və problemləri həll etmə qabiliyyətinə malik;
  • Maliyyə hesabatlarını oxuma və təhlil etmə bacarığına malik;
  • Statistik analiz və maliyyə modelləşdirməsi biliklərinə malik;
  • Bank, BOKT və ya digər maliyyə təşkilatlarında kreditləşmə, monitorinq, risk və ya audit sahəsində iş təcrübəsi olan şəxsdir.