Görəcəyiniz işlər:
- Risklərin idarə edilməsi və maliyyə sahələri üzrə qabaqcıl təcrübələri öyrənərək strateji təşəbbüsləri və metrikləri formalaşdırmaq və onların icrasının təmin edilməsi istiqamətində dəstək vermək;
- Təşəbbüslərin vaxtında və keyfiyyətlə icrasına nəzarət etmək, onlara sahiblik edən struktur bölmələrinə icra ilə bağlı dəstək göstərmək;
- Maliyyə və makro-iqtisadi təhlillər aparmaq və onların nəticəsində proqnozlar formalaşdırmaq;
- İcra edilmiş strateji təşəbbüslərin keyfiyyətini ölçmək və zərurət olduqda keyfiyyətin artırılması istiqamətində müvafiq tədbirlər həyata keçirmək;
- Qlobal və yerli bazarda risklərin idarə edilməsi və maliyyə sahələrinə aid yeni trendləri müəyyən etmək və onların əsasında strategiyaya aid təkliflər formalaşdırmaq;
- Strategiyanın icrası zamanı zərurət yarandığı təqdirdə kənar məsləhətçilər cəlb etmək və onlarla yaxından çalışmaq;
- Xüsusi hallarda müəyyən təşəbbüslər üzrə sahibliyi öz üzərinə götürmək və təşəbbüslərin icrasına görə məsuliyyət daşımaq;
- Strategiya üzrə görülmüş və icrada olan təşəbbüslər barədə rəhbərliyə hesabatlar və təkliflər vermək.
Bizim üçün uyğun namizəd:
- Ali təhsilli (Xarici təhsil və ya beynəlxalq sertifikatklar üstünlükdür);
- Risklərin idarə edilməsi sahəsi üzrə ən azı 1 il iş təcrübəsi olan;
- Yaxşı səviyyədə MS Office proqramları biliyinə malik olan;
- Xarici dilləri bilən (İngilis dili mütləqdir, rus arzuolunandır);
- Data əsasında nəticə çıxarma, problem həll etmə və araşdırma bacarıqları olan;
- Yüksək təqdimat və ünsiyyət qabiliyyəti olan;
- Komandada işləmə bacarığı olan şəxsdir.