İstifadəçi təcrübəsi və dizayn ekspert mərkəzinin UI/UX üzrə aparıcı / baş dizayneri

Daimi Tam gün

İş haqqında

Görəcəyiniz işlər:

• Məhsul sahibi və dizayn rəhbəri ilə birlikdə UX/UI dizaynlarının biznes tələblərinə və istifadəçi təcrübəsinə uyğun hazırlanması;
• Biznes ehtiyaclarının təhlil edilməsi və dizayn həllərinə çevrilməsi, qərarların məlumatlarla əsaslandırılması;
• Kəmiyyət və keyfiyyət UX araşdırmalarının aparılması və istifadəçi yönümlü məhsulların hazırlanması;
• Fərziyyələrin test edilməsi, istifadəyə yararlılıq testləri, A/B testləri və digər eksperimental metodlarla məhsulun istifadəyə yararlılığının yoxlanılması;
• CJM (Customer Journey Map), User Flow, Mind Map, İnformasiya Arxitekturası, Wireframe və interaktiv prototiplərin hazırlanması və təqdim edilməsi;
• Dizayn sistemi ilə işləmək və onun inkişafında iştirak etmək;
• Məhsullararası dizayn prinsiplərinə riayət etmək və onları yeni tendensiyalara uyğunlaşdırmaq;
• Agile və digər iş proseslərinə uyğun dizayn prosesinə effektiv şəkildə riayət etmək;
• Dizaynların texniki uyğunluğunu təmin etmək, proqramçılarla sinxron işləmək və proqramlaşdırma üçün dəqiq dizayn materialları təqdim etmək;
• Mövcud məhsulların performansını təhlil etmək, UX auditi aparmaq və təkmilləşdirmə planları hazırlamaq;
• Yeni texnologiyaları və dizayn trendlərini izləmək, komandaya innovativ həllər təklif etmək.

Bizim üçün uyğun namizəd:

• Ali təhsilli;
• UX/UI dizayn sahəsində 3 il və daha çox iş təcrübəsi olan;
• Təcrübəsini əks etdirən portfolioya sahib olan;
• Figma, Adobe XD kimi dizayn proqramlarında yaxşı səviyyədə işləmək bacarığı olan;
• Dizayn sistemləri və komponent kitabxanaları ilə iş təcrübəsi olan;
• Responsive və Adaptive dizayn prinsiplərini bilən və tətbiq edən;
• İstifadəçi tədqiqatları, məlumat analitikası, kəmiyyət və keyfiyyət araşdırmaları üzrə təcrübəsi olan;
• Prototipləşdirmə və Wireframing üzrə bacarığı olan;
• İstifadəyə yararlılıq testlərini (Usability Testing) və A/B testlərini icra etmək bacarığı olan;
• Azərbaycan və ingilis dillərində sərbəst ünsiyyət bacarığı olan (rus dili biliyi üstünlükdür).