Data sahəsinin Data mühəndisliyi üzrə funksional sahə rəhbəri
İş haqqında
Görülücək işlər:
- Data mühəndisliyi komandası üzvlərinə mentorluq etmək, onların peşəkar inkişafını və performansını dəstəkləmək;
- Komanda üzvlərinin təlim ehtiyaclarını müəyyən etmək, inkişaf tədbirlərini və bilik paylaşımı təşəbbüslərini təşkil etmək;
- Data mühəndisliyi üzrə keyfiyyət standartlarına, best practice-lərə və daxili prosedurlara riayət olunmasını təmin etmək;
- İşə qəbul proseslərində iştirak edərək güclü data mühəndisliyi komandasının formalaşdırılmasına dəstək vermək;
- Məhsul sahibləri və digər funksional komandalarla əməkdaşlıq etmək, Data Engineering chapter-ının kompetensiyalarının inkişafına töhfə vermək;
- Vendorlar və tərəfdaşlarla əməkdaşlıq etmək, yeni texnologiya və trendləri izləmək;
- Agile komandada aktiv iştirak etmək və komandaların uğurlu çatdırılmasını dəstəkləmək;
- Analitik məlumat bazalarının və data pipeline-ların qurulması, tətbiqi və dəstəklənməsi üzrə texniki istiqamət vermək;
- Data proseslərinin testləşdirilməsi, monitorinqi və problemlərin operativ həllinə ekspert dəstəyi göstərmək;
- Müasir və innovativ data mühəndisliyi texnologiyalarının tətbiqinə rəhbərlik etmək;
- Data arxitekturasının optimallaşdırılması istiqamətində texniki həllər təqdim etməkdir.
Bizim üçün uyğun namizəd:
- Data Engineering sahəsində minimum 7 il, o cümlədən texniki liderlik, mentorluq və ya people leadership üzrə təcrübəyə;
- Kompüter elmləri, Riyaziyyat, Statistika, Data Science, Ekonometriya və ya Data Analitikası üzrə ali təhsilə;
- Data arxitekturası və onun qurulması üzrə güclü biliklərə;
- Analitik məlumat bazalarının dizaynı, qurulması və data modelləşdirilməsi üzrə yüksək səviyyəli biliklərə;
- DWH və datamartların qurulması və saxlanılması üzrə təcrübəyə;
- ETL/ELT proseslərinin qurulması və idarə olunması üzrə biliklərə;
- Python və SQL proqramlaşdırma dilləri üzrə yüksək səviyyəli biliklərə;
- Big Data texnologiyaları və müasir data platformaları üzrə biliklərə;
- İngilis dili üzrə yüksək səviyyədə biliklərə;
- Güclü kommunikasiya, təqdimat və stakeholder management bacarıqlara;
- Agile mühitdə işləmə təcrübəsi və komandada effektiv əməkdaşlıq bacarığına;
- Analitik düşüncə və problem həll etmə bacarığına;
- Vaxtın düzgün idarə olunması və tapşırıqların prioritetləşdirilməsi bacarığına;
- Dinamik iş mühitində işləmək və təşəbbüskarlıq göstərmək bacarığına;
- Texniki və biznes komandaları ilə effektiv işləmək bacarığına;
- Kouçinq və mentorluq bacarıqlarına sahib olan şəxsdir.