Yeni ekvayrinq partnyorlarının cəlbi üzrə mütəxəssis / aparıcı / baş mütəxəssis

Daimi Tam gün

İş haqqında

Görəcəyiniz işlər:
• Partnyorlara bankın ekvayrinq məhsulları və xidmətləri barədə ətraflı məlumat vermək;
• Banka perspektivli partnyorların cəlbini təmin etmək;
• Partnyorluq müraciətlərini qəbul etmək və işin icrasına nəzarət etmək;
• Ekvayrinq biznesi üzrə gəlir və xərcləri analiz etmək;
• Bazar araşdırması, yeni məhsulların yaradılması üçün təkliflərin hazırlanmasını təmin etmək;
• Daxil olan sorğuların araşdırılması, yaranan problemləri müəyyən edərək həll edilməsini təmin etmək.

Bizim üçün uyğun namizəd:
• Ali təhsil;
• Yüksək səviyyədə danışıqlar aparma və kommunikasiya qurma bacarığı olan;
• Analitik təhlil etmə bacarığı olan;
• Komandada işləmək bacarığı olan;
• Səlis Azərbaycan dili bilən (Rus və ingilis dili arzuolunandır);
• Microsoft Office proqramlarında işləmə bacarığı olan;
• Məsuliyyətli və nəticəyönümlü olan;
• Ekvayrinq sahəsində satış üzrə iş təcrübəsi (arzuolunandır) olan şəxsdir.