İpoteka sahəsinin QA üzrə aparıcı mütəxəssisi

Daimi Tam gün

İş haqqında

Görəcəyiniz işlər:

 

  • Bankın proqram təminatı, rəqəmsal məhsulları və API inteqrasiyaları üzrə mürəkkəb Test Planlarının, Test Case-lərin və Test Ssenarilərinin hazırlanması;
  • Web, mobil (iOS/Android) və Backend (REST API) platformalarında mürəkkəb funksional, regression, sanity və smoke testlərinin icra edilməsi;
  • Postman və Swagger alətləri vasitəsilə API inteqrasiyalarının ətraflı test edilməsi;
  • Məhsul buraxılışları (Release Governance) zamanı regression testlərinin əhatə dairəsinin təhlil edilməsi, buraxılış risklərinin qiymətləndirilməsi və QA rəyinin formalaşdırılması;
  • Keyfiyyət göstəricilərinin (Defect Leakage Rate, Test Coverage, Pass/Fail dinamikası) izlənilməsi və aşkar edilmiş defektlərin kök səbəblərinin (Root Cause Analysis) təhlil edilməsi;
  • Jira və Xray platformalarında test proseslərinin və defektlərin strukturlaşdırılması, regression matrislərinin aktual saxlanılması;
  • SQL sorğuları vasitəsilə verilənlər bazalarında mürəkkəb məlumatların, tranzaksiyaların və biznes məntiqinin yoxlanılması;
  • Junior və Middle səviyyəli QA mühəndislərinə metodoloji dəstəyin göstərilməsi və test dizaynı texnikalarının düzgün tətbiqinin təmin edilməsi;
  • Testlərin avtomatlaşdırılması imkanlarının (Automation Feasibility) qiymətləndirilməsi, uyğun testlərin avtomatlaşdırılması və avtomatlaşdırılmış testlərin aktual saxlanılması.


Bizim üçün uyğun namizəd:

 

  • SDLC/STLC və Test Dizaynı: SDLC/STLC mərhələlərini, test metodologiyalarını və test dizayn texnikalarını təcrübədə sərbəst tətbiq etmək bacarığı;
  • Sistem Alətləri: Jira və Xray (və ya Zephyr) üzərindən test axınlarını, test keysləri və defektləri rahat idarə etmək;
  • Verilənlər Bazası: Mürəkkəb SQL sorğuları yazaraq relational verilənlər bazalarında məlumatları sərbəst yoxlamaq bacarığı;
  • DevTools və Şəbəkə Axını: DevTools vasitəsilə sorğuların (Network requests) axınını izləmək və xətaları rahatlıqla aşkar etmək;
  • Backend & Frontend: Sistemlərin həm görünən (Frontend), həm də arxada çalışan (Backend) hissələrinin iş prinsipini və qarşılıqlı inteqrasiyasını anlamaq;
  • CI/CD : CI/CD pipeline-larının ümumi strukturunu və testlərin bu axına inteqrasiya prinsiplərini bilmək;
  • Risk-Based Testing: Testləri risk dərəcəsinə görə prioritetləşdirmək və kritik funksionallıqlara daha çox fokuslanmaq bacarığı;
  • Regression Setləri və Əhatə Dairəsi: Regression setlərini (Regression suits) düzgün formalaşdırmaq, onları güncəl saxlamaq və reliz öncəsi test əhatəliliyini (Test Coverage) idarə etmək;