Pərakəndə kreditləşmə sahəsinə müştəri təcrübələri üzrə mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis

Daimi Tam gün

İş haqqında

Görəcəyiniz işlər:

  • Məhsulların biznes məntiqini və təkmilləşdirmə imkanlarını müəyyən etmək;
  • SQL vasitəsilə müxtəlif mənbələrdən məlumatları çıxarmaq, birləşdirmək və təhlil etmək;
  • Excel-də hesabatlar, müqayisəli təhlillər və analitik modellər hazırlamaq;
  • Müştəri davranışını, göstəriciləri, konversiyanı və prosesləri təhlil etmək;
  • Problemlərin səbəblərini araşdırmaq, data əsasında həll təklifləri və biznes tələbləri formalaşdırmaq;
  • Təhlil nəticələrini aydın təqdim etmək və biznes qərarları üçün əsaslandırılmış tövsiyələr hazırlamaqdır.


Bizim üçün uyğun namizəd:

  • Ali təhsilə;
  • Minimum bir il iş təcrübəsinə;
  • İstehlak kreditləri, kredit kartı, satış və ya məhsulların yaradılması sahəsində iş təcrübəsinə;
  • Yüksək səviyyədə MS Excel biliklərinə;
  • Hesabatlıq və ya analitika istiqamətlərində iş təcrübəsinə (üstünlükdür);
  • SQL biliklərinə;
  • İngilis dili və Rus dili biliklərinə (arzuolunandır);
  • Məlumatların vizuallaşdırılması üzrə biliklərə (üstünlükdür);
  • Komandada (Scrum/Agile) işləmək bacarığı və yeni texnologiyaları öyrənmə həvəsinə;
  • Kreativ düşüncə və problemlərin həllərinə kreativ yanaşma bacarığına sahib olan şəxsdir.