Görəcəyiniz işlər:
- Kiçik və Orta sahibkarlıq subyektlərinin kredit və qarantiya sifarişlərinin təhlili və qiymətləndirilməsi, rəyin formalaşdırılması, sifarişlərin Kredit Komitəsinə təqdim edilməsi və müdafiəsi;
- Kiçik və Orta sahibkarlıq seqmenti üzrə kredit portfelinin keyfiyyətinin təhlili və nəzarət olunması;
- Kiçik və Orta Sahibkarlıq subyektləri üçün nəzərdə tutulmuş cari məhsul və xidmətlərin təkmilləşdirilməsi üçün bazarın araşdırılması və təkliflərin verilməsidir.
Bizim üçün uyğun namizəd:
- Ali iqtisadi təhsilə;
- Maliyyə təhlili, monitorinq bilikləri və bank qanunvericiliyi ilə bağlı biliklərə;
- Sahə üzrə 1-3 il iş təcrübəsinə;
- Analitik düşüncə və ünsiyyət qurma qabiliyyətinə;
- İngilis və rus dili biliyinə malik olan şəxsdir.