Görəcəyiniz işlər:
- CI/CD pipeline-larında DevSecOps praktikalarının qurulması, idarə edilməsi və davamlı təkmilləşdirilməsi; SAST, SCA, DAST, secrets scanning, Container və IaC Security yoxlamalarının inteqrasiyası, security gate və policy-lərin müəyyən edilməsi;
- Container və Kubernetes mühitlərinin təhlükəsizliyinin təmin edilməsi: image təhlükəsizliyinin yoxlanılması və cluster hardening tədbirlərinin həyata keçirilməsi;
- Veb, mobil, API və mikroservis həlləri üzrə təhlükəsizlik tələblərinin müəyyən edilməsi;
- Aşkar edilmiş zəifliklərin risk səviyyəsinə görə qiymətləndirilməsi və prioritetləşdirilməsi, onların aradan qaldırılması prosesinə nəzarət edilməsi; false positive nəticələrinin təhlili və skan qaydalarının tənzimlənməsi;
- Secure coding standartlarının və AppSec tələblərinin hazırlanması.
Bizim üçün uyğun namizəd:
- Kompüter Elmləri, İnformasiya Texnologiyaları, Kibertəhlükəsizlik və ya əlaqəli sahə üzrə ali təhsilə;
- OSWE, CSSLP, CKS, CDP, CDE və ya oxşar sertifikatlar olması üstünlükdür;
- DevSecOps və ya Application Security sahəsində ən azı 5 il iş təcrübəsinə;
- CI/CD platformalarında təhlükəsizlik yoxlamalarının, security gate və policy-lərin qurulması üzrə praktiki təcrübəyə;
- SAST, SCA, DAST, Container və IaC Security alətləri ilə işləmək, nəticələri təhlil etmək və skan qaydalarını tənzimləmək üzrə praktiki təcrübəyə;
- Secure SDLC, OWASP Top 10, OWASP API Security Top 10 və OWASP ASVS üzrə dərin biliklərə, veb, API və mikroservis arxitekturalarının təhlükəsizliyi üzrə biliklərə;
- Docker, Kubernetes və container security üzrə praktiki biliklərə, cloud security prinsipləri üzrə anlayışa;
- Java, C#, Python, JavaScript/TypeScript, Kotlin və ya Swift proqramlaşdırma dillərindən ən azı birində yazılmış kodu oxumaq və təhlükəsizlik baxımından təhlil etmək bacarığına;
- Python və ya Bash vasitəsilə avtomatlaşdırma işlərini həyata keçirmək bacarığına;
- Azərbaycan və ingilis dillərini texniki səviyyədə bilən şəxsdir.