Görəcəyiniz işlər:
• Veb-saytın inkişaf planını hazırlamaq, prioritetləri müəyyənləşdirmək və icrasını koordinasiya etmək;
• Saytın gündəlik fəaliyyətini və inkişafını idarə etmək, kontentin mütəmadi dərcini və aktuallığını təmin etmək;
• Saytın inkişaf layihələri üzrə tələbləri və tapşırıqları formalaşdırmaq, yeni funksionallıqların tətbiqini, müxtəlif komandalar və xarici tərəfdaşlarla əməkdaşlığı, icra müddətlərini və nəticələrin keyfiyyətini idarə etmək;
• Orqanik trafikin və oxucu auditoriyasının artırılması üçün SEO strategiyasını və fəaliyyət planını hazırlamaq, icrasını izləmək;
• Açar söz, axtarış niyyəti və rəqib təhlilləri apararaq trafik potensialı olan mövzuları müəyyənləşdirmək;
• İstifadəçilərin maraqları, axtarış tələbi və mövsümi trendlər əsasında kontent planı hazırlamaq, əlaqəli mövzular üzrə məqalə qrupları formalaşdırmaq;
• Kopirayterlərə və kontent vendorlarına məqalə brifləri hazırlamaq, materialların keyfiyyətinə, oxunaqlılığına və SEO tələblərinə uyğunluğuna nəzarət etmək;
• Mövcud məqalələrin nəticələrini təhlil etmək, yenilənməsi və optimallaşdırılması üçün imkanları müəyyənləşdirmək;
• Səhifə başlıqları, meta təsvirlər, başlıq strukturu, şəkillər və daxili keçidlər daxil olmaqla səhifədaxili SEO işlərini həyata keçirmək;
• Texniki SEO auditləri aparmaq, aşkarlanan problemlərin aradan qaldırılması üçün proqramçılar və vendorlarla işi koordinasiya etmək;
• Ahrefs, Google Search Console və Google Analytics 4 vasitəsilə orqanik trafik, axtarış görünürlüyü, kliklər, CTR və oxucu davranışlarını təhlil etmək, mütəmadi hesabatlar hazırlamaq;
• Saytda naviqasiyanı, əlaqəli məqalələrin təqdimatını və istifadəçi təcrübəsini yaxşılaşdırmaq üçün təkliflər vermək;
• Saytın inkişaf layihələri üzrə tələbləri və tapşırıqları formalaşdırmaq, yeni funksionallıqların tətbiqini, müxtəlif komandalar və xarici tərəfdaşlarla əməkdaşlığı, icra müddətlərini və nəticələrin keyfiyyətini idarə etmək.
Bizim üçün uyğun namizəd:
• Ali təhsilə sahib olan (marketinq, kommunikasiya, biznesin idarə edilməsi, informasiya texnologiyaları və ya əlaqəli sahələr üzrə təhsil arzuolunandır);
• SEO və veb-saytların idarə edilməsi sahəsində minimum 2 il praktiki iş təcrübəsinə sahib olan;
• SEO üzrə həyata keçirdiyi layihələri, şəxsi töhfəsini və əldə etdiyi ölçülə bilən nəticələri əks etdirən portfolioya sahib olan — müraciət zamanı portfolionun təqdim edilməsi mütləqdir;
• Ahrefs və Google Search Console alətləri ilə sərbəst işləmə bacarığına sahib olan;
• Açar söz araşdırması, axtarış niyyətinin təhlili, texniki SEO, səhifədaxili və səhifədənkənar optimallaşdırma üzrə praktiki biliklərə sahib olan;
• SEO əsaslı kontent planları və məqalə brifləri hazırlamaq, mövcud kontentin effektivliyini qiymətləndirmək bacarığına sahib olan;
• Vendorlarla işləmək, tapşırıqların icrasını koordinasiya etmək və bir neçə iş istiqamətini paralel idarə etmək təcrübəsinə sahib olan;
• WordPress, Strapi və ya digər CMS platformaları ilə işləmə bacarığına sahib olan;
• Google Tag Manager üzrə fundamental biliklərə sahib olan;
• Azərbaycan və ingilis dillərində sərbəst yazılı və şifahi ünsiyyət bacarıqlarına sahib olan;
• Analitik düşünmə, təşəbbüskarlıq, detallara diqqət, planlaşdırma və prioritetləşdirmə bacarıqlarına sahib olan;
• Bloq, onlayn jurnal və ya geniş kontent bazası olan platformalarda orqanik trafikin artırılması təcrübəsinə sahib olan namizədlərə üstünlük verilir;
• Google Ads və Meta Ads üzrə bilik və praktiki təcrübəyə sahib olan şəxsdir.