Partnyorlarla iş departamenti üzrə təcrübə proqramı

Təcrübə Tam gün

İş haqqında

Öyrənəcəyiniz işlər:

  • BNPL məhsulu üzrə tərəfdaş obyektlərdə satış göstəricilərinin izlənməsi və gündəlik hesabatların hazırlanması;
  • Tərəfdaş obyektlərin satış heyəti ilə əlaqələndirmə və məhsul üzrə dəstək göstərilməsi;
  • Satışın artırılmasına yönəlmiş kampaniya və təşviq mexanizmlərinin icrası;
  • Potensial tərəfdaş obyektlərin araşdırılması və ilkin siyahının hazırlanması;
  • Satış məlumatlarının toplanması və Excel vasitəsilə analitik təhlillərin aparılması;
  • Cari operativ tapşırıqların icrası və BNPL məhsulu üzrə praktiki təcrübənin əldə edilməsi;
  • Bankın satış, məhsul və tərəfdaşlarla iş istiqamətləri ilə tanış olmaq.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilli (İqtisadiyyat, Maliyyə, Marketinq, Biznesin idarə edilməsi və ya əlaqəli ixtisaslar üzrə);
  • MS Excel və PowerPoint proqramları üzrə əsas biliklərə sahib olan;
  • Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət bacarığına sahib olan (İngilis və Rus dili biliyi üstünlükdür);
  • Güclü ünsiyyət və inandırma bacarıqlarına, komandada işləmək qabiliyyətinə sahib olan;
  • Nəticəyönümlü yanaşmaya, məsuliyyət hissinə və öyrənməyə həvəsə sahib olan şəxsdir.