Görəcəyiniz işlər:
- iOS platforması üçün yüksək performanslı, təhlükəsiz və genişlənə bilən mobil tətbiqlər hazırlamaq və inkişaf etdirmək;
- Swift dilində yeni funksionallıqlar hazırlamaq və mövcud kod bazasını təkmilləşdirmək;
- MVVM, Clean Architecture və digər müasir arxitektura yanaşmalarını tətbiq etmək;
- REST API və backend servisləri ilə inteqrasiyaları həyata keçirmək;
- Tətbiqin performansını, stabil işləməsini və istifadəçi təcrübəsini optimallaşdırmaq;
- Unit və UI testlər hazırlamaq, kod keyfiyyətini təmin etmək;
- Code Review proseslərində iştirak etmək, texniki standartları qorumaq;
- Texniki borcu (Technical Debt) idarə etmək və refaktorinq işləri aparmaq;
- CI/CD proseslərində iştirak etmək və tətbiqin buraxılışlarını (release) idarə etmək;
- Mobil tətbiqlərdə informasiya təhlükəsizliyi prinsiplərini tətbiq etmək;
- Texniki problemləri araşdırmaq, root cause analysis aparmaq və effektiv həllər hazırlamaq;
- Product Owner, Business Analyst, UX/UI, Backend və QA komandaları ilə əməkdaşlıq etmək;
- Texniki həlləri qiymətləndirmək və arxitektura qərarlarının qəbulunda iştirak etməkdir.
Bizim üçün uyğun namizəd:
- İOS tətbiqlərinin hazırlanması üzrə minimum 2 illik peşəkar iş təcrübəsinə;
- Swift dili üzrə yüksək səviyyəli biliklərə;
- UIKit və SwiftUI ilə praktiki iş təcrübəsinə;
- İOS SDK, Xcode və Apple development ecosystem üzrə dərin biliklərə;
- MVVM, Clean Architecture, SOLID və Design Patterns üzrə biliklərə;
- Swift Concurrency (async/await), GCD və multithreading ilə iş təcrübəsinə;
- Combine və ya RxSwift ilə iş təcrübəsinə;
- RESTful API, JSON və şəbəkə sorğularının idarə edilməsi üzrə təcrübəyə;
- Dependency Injection və modular architecture yanaşmalarını tətbiq etmək bacarığına;
- Git və branching strategiyaları ilə iş bacarığına;
- Unit Testing (XCTest) və UI Testing üzrə biliklərə;
- Memory Management, ARC, Instruments və performans optimallaşdırılması üzrə praktiki təcrübəyə;
- Keychain, biometrik autentifikasiya və təhlükəsiz məlumat saxlanılması üzrə biliklərə;
- CI/CD alətləri (Fastlane, Jenkins, GitLab CI və ya oxşar) ilə iş təcrübəsinə;
- App Store Connect, TestFlight və release management prosesləri üzrə təcrübəyə sahib olan şəxsdir