Görəcəyiniz işlər:
- Təhkim olunmuş cari VİP müştərilərin idarə edilməsi, məhsul satışının həyata keçirilməsi;
- Yeni VİP müştərilərin banka cəlbi və məhsul satışının həyata keçirilməsi;
- Müştərilərə zənglər vasitəsilə və ya onların iş yerlərini ziyarət etməklə Bankın məhsul və xidmətləri barədə ətraflı məlumat verilməsi, təqdimat edilməsi;
- Müştəri sorğularının bankdaxili strukturlarla koordinasiya edilməsi, əməkdaşlıq və müraciət zamanı prosesin təqib edilməsi, yarana biləcək problemlərin həllinə sonadək dəstək olunması;
- Portfelində olan müştərilər üzrə gecikmələrin ilkin təqibinin həyata keçirilməsi;
- Təyin edilmiş rüblük və illik hədəflərə çatmaq üçün lazımı işlərin görülməsidir.
Bizim üçün uyğun namizəd:
- Ali iqtisadi təhsilə;
- Azərbaycan və rus dilləri üzrə səlis danışığa (ingilis dili arzu olunandır);
- Bank təcrübəsinə (mütləqdir);
- Pərakəndə və ya korporativ müştərilərlə iş sahəsində təcrübəyə;
- Yüksək səviyyədə ünsiyyət qurma bacarığına;
- Stresə davamlılığa;
- Yüksək səviyyədə satıcılıq xüsusiyyətlərinə sahib olan şəxsdir.