Görəcəyiniz işlər:
- Elektrik lövhələrində (panolarda) hər hansı bir nasazlığın araşdırılıb tapılması və aradan qaldırılması;
- İdarə olunan və olunmayan işıqlandırma cihazlarının (lampaların) dəyişdirilməsi, tələb olunan halda təmiri;
- Bütün görülən işlər haqqında qeydlərin aparılması və hesabatın hazırlanması;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası.
Bizim üçün uyğun namizəd:
- Ali və ya orta ixtisas təhsilli (elektrik);
- Sahə üzrə 2 ildən artıq iş təcrübəsi;
- 10 kV-luq transformator məntəqəsinin 0,4 kV tərəfinə texniki qulluq etmə (yüksək gərginliyə girmək üçün icazəsi, həmçinin digər sertifikatı olanlara üstünlük verilir);
- Avtomatik rejimli dizel generatorlarla işləmə bacarığı;
- Qazanxana avadanlıqları, soyutma CHILLER, VRV və kondisionerlərlə işləmə bacarığı;
- İnvertorlu mühərriklərlə işləmə bacarığı;
- Gərginlik tənzimləyiciləri (gərginlik stabilizatorları) ilə işləmə bacarığı;
- UPS sistemləri ilə işləmə bacarığı;
- Kontaktor, rele, avtomat və s. cihazlarla işləmə bacarığı;
- Avadanlıqların işləməsinə avtomatik nəzarət sistemi (BMS) ilə işləmə bacarığı;
- Yanğınsöndürmə sistemləri ilə işləmə bacarığı olan şəxsdir.