Pərakəndə kreditləşmə sahəsinə Müştəri təcrübələri üzrə aparıcı mütəxəssis

Daimi Tam gün

İş haqqında

Görəcəyiniz işlər:

  • Web3 və rəqəmsal məhsulların biznes məntiqini, tokenomika modellərini və təkmilləşdirmə imkanlarını müəyyən etmək;
  • Yeni məhsul və funksionallıqların ideyadan bazara çıxarılmasına (Go-to-Market) qədər bütün mərhələlərini idarə etmək;
  • Bazar tendensiyalarını, rəqibləri, istifadəçi davranışını və ekosistem göstəricilərini araşdıraraq strateji təhlillər hazırlamaq;
  • Potensial tərəfdaşlarla, layihələrlə işgüzar əlaqələr qurmaq və biznesin inkişafı proseslərini aparmaq;
  • Araşdırma nəticələrini aydın təqdim etmək və biznes qərarları üçün əsaslandırılmış təkliflər hazırlamaqdır.


Bizim üçün uyğun namizəd:

  • Ali təhsilə;
  • Müvafiq sahədə minimum 1–3 il iş təcrübəsinə;
  • Web3 (DeFi, GameFi, SocialFi, NFT), rəqəmsal məhsulların yaradılması, satış və ya biznesin inkişafı sahəsində iş təcrübəsinə;
  • Tokenomika dizaynı, Launchpad əməliyyatları və fandreyzinq (IDO) prosesləri üzrə praktik biliklərə;
  • Strateji araşdırma, bazar təhlili və hesabatlıq istiqamətlərində iş təcrübəsinə (üstünlükdür);
  • Brendinq, icma idarəçiliyi üzrə biliklərə;
  • İngilis dili və Rus dili biliklərinə (arzuolunandır);
  • Geniş tərəfdaş və kommunikasiya şəbəkəsi qurmaq bacarığına (üstünlükdür);
  • Komandada (Scrum/Agile) işləmək bacarığı və yeni texnologiyaları (Web3, AI və s.) öyrənmə həvəsinə;
  • Kreativ düşüncə, təşəbbüskarlıq və problemlərin həllərinə innovativ yanaşma bacarığına sahib olan şəxsdir.