Təlim və performansın idarə edilməsi şöbəsinin mütəxəssisi/aparıcı mütəxəssisi

Daimi Tam gün

İş haqqında

Görəcəyiniz işlər:

  • Məsul olduğu struktur bölmələr üzrə təlim və perfomans proseslərinin təşkili, struktur bölmələrlə effektiv kommunikasiya və əməkdaşlığın təmin edilməsi;
  • Təlim, inkişaf və performansın idarə edilməsi istiqamətində layihələrin idarə olunması və icrasının təmin edilməsi;
  • Təlim və layihələrlə bağlı sorğuların təşkili, nəticələrinin təhlili və müvafiq təkmilləşdirmə təkliflərinin hazırlanması;
  • Öyrənmə və inkişaf portalının (LMS) fəaliyyətinin təşkili, effektiv istifadəsinin təmin edilməsi və mütəmadi təkmilləşdirilməsi;
  • Təlim və performansın idarə edilməsi üzrə hesabatların hazırlanması, müvafiq göstəricilərin təhlili və nəticələrin təqdim edilməsi.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilli;
  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsinə malik olan;
  • Azərbaycan, ingilis və rus dillərini yüksək səviyyədə bilən;
  • MS Excel proqramında yüksək səviyyədə işləmək, məlumatları təhlil etmək və hesabatlar hazırlamaq bacarığına malik olan;
  • Layihələrin idarə edilməsi və işlərin koordinasiyası üzrə bacarıqlara sahib olan;
  • Effektiv ünsiyyət qurmaq və müxtəlif maraqlı tərəflərlə əməkdaşlıq etmək bacarığına malik olan;
  • Təşəbbüskar, nəticəyönümlü və məsuliyyətli şəxsdir.