İstifadəçi təcrübəsi və dizayn ekspert mərkəzinə UX araşdırmaçı

Daimi Tam gün

İş haqqında

Görəcəyiniz işlər:

  • Məhsul sahibi və dizayn komandası ilə birlikdə tədqiqat məqsədlərini və suallarını müəyyənləşdirmək;
  • Kəmiyyət və keyfiyyət tədqiqat metodlarından (anketlər, istifadəçi müsahibələri, fokus qrupları və s.) istifadə etməklə istifadəçilərin ehtiyaclarını, davranışlarını və qarşılaşdıqları problemləri öyrənmək;
  • İstifadəyə yararlılıq testlərini (Usability Testing) planlaşdırmaq, həyata keçirmək və nəticələrini təhlil etmək;
  • Fərziyyələrin yoxlanılması və A/B testlərinin hazırlanmasında, eləcə də nəticələrinin təhlilində iştirak etmək;
  • CJM (Customer Journey Map), User Flow, Mind Map, Task Analysis və İnformasiya Arxitekturası kimi tədqiqat alətlərindən istifadə etmək;
  • Google Analytics, Hotjar, Mixpanel və digər analitik alətlər vasitəsilə istifadəçi davranışlarını təhlil etmək;
  • İstifadəçilərdən daxil olan rəyləri təhlil etmək və məhsulun təkmilləşdirilməsi ilə bağlı tövsiyələr vermək;
  • Tədqiqat nəticələrini və əldə olunan əsas məlumatları (insight-ları) dizayn və məhsul komandalarına anlaşıqlı formada təqdim etmək;
  • Dizayn sprintlərində və məhsulun inkişafı prosesində iştirak etmək;
  • Rəqəmsal məhsul komandası ilə fəal əməkdaşlıq etmək və effektiv kommunikasiya qurmaq;
  • Tədqiqat məlumat bazasının (Research Repository) yaradılması və idarə olunmasında iştirak etmək;
  • Agile və digər iş proseslərinə uyğun olaraq tədqiqat fəaliyyətlərini effektiv şəkildə həyata keçirmək.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilə;
  • Azərbaycan və ingilis dillərini yüksək səviyyədə bilən, rus dili biliyinə (üstünlükdür);
  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsinə;
  • Analitik alətlər (Google Analytics, Hotjar, Mixpanel, Amplitude) və tədqiqat alətləri (Figma, Miro, Maze) üzrə yaxşı biliklərə;
  • Kəmiyyət və keyfiyyət tədqiqat metodları (anketlər, fokus qrupları, istifadəçi müsahibələri və s.) üzrə bilik və təcrübəyə;
  • İstifadəyə yararlılıq testlərinin planlaşdırılması, həyata keçirilməsi və təhlili üzrə təcrübəyə;
  • A/B testlərinin aparılması və fərziyyələrin yoxlanılması üzrə təcrübəyə;
  • Dizayn komandaları və məhsul sahibləri ilə işləmək bacarığına;
  • Komandada işləmək bacarığına;
  • Müştəriyönümlü düşüncə tərzinə;
  • Effektiv ünsiyyət qurmaq bacarığına;
  • Təqdimat bacarığına;
  • Analitik düşünmə qabiliyyətinə sahib olan şəxsdir.