Korporativ kommunikasiya şöbəsinə aparıcı mütəxəssis

Daimi Tam gün

İş haqqında

Görəcəyiniz işlər:

  • Bankın daxili və xarici korporativ tədbirlərinin konsepsiyasının hazırlanmasını, planlaşdırılmasını və həyata keçirilməsini təmin etmək;
  • Konfransların, forumların, biznes görüşlərinin, rəsmi qəbulların, təqdimatların, korporativ mərasimlərin və digər irimiqyaslı tədbirlərin təşkilini koordinasiya etmək;
  • Tədbirlərin bütün mərhələlərini — ilkin brifinq, konsepsiyanın hazırlanması, büdcələşdirmə, məkan seçimi, texniki təminat, logistika, icra və yekun hesabatlılıq proseslərini idarə etmək;
  • Tədbirlərin ssenarisini, proqramını, iş qrafikini (timeline), texniki tapşırıqlarını və icra planını hazırlamaq;
  • Tədbir agentlikləri, texniki podratçılar, məkan nümayəndələri, aparıcılar və digər xidmət təminatçıları ilə danışıqlar aparmaq, təklifləri qiymətləndirmək və iş prosesinə nəzarət etmək;
  • Tədbir büdcəsini formalaşdırmaq, xərcləri optimallaşdırmaq və təsdiq edilmiş büdcəyə uyğun icranı təmin etmək;
  • Tədbir günü quraşdırma, texniki hazırlıq, qonaqların qarşılanması, protokol, proqramın icrası və operativ koordinasiya proseslərinə nəzarət etmək;
  • Bankın brend standartlarına və korporativ kommunikasiya prinsiplərinə uyğun tədbir təcrübəsinin yaradılmasını təmin etmək;
  • Tədbirlərin nəticələrinə dair hesabatlar hazırlamaq, keyfiyyət və effektivlik göstəricilərini təhlil etmək;
  • Korporativ hədiyyələrin seçilməsini, sifarişini, satınalma prosesinin koordinasiyasını və təyinatı üzrə paylanmasını təşkil etmək;
  • Tədbirlərlə bağlı digər təşkilati və inzibati tapşırıqları yerinə yetirmək.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilə;
  • Azərbaycan və rus dillərini yüksək səviyyədə bilmək, ingilis dili biliyi arzuolunandır;
  • Tədbirlərin təşkili, tədbirlərin idarə edilməsi (Event Management) və ya korporativ kommunikasiya sahəsində minimum 2 il rəsmi təcrübəyə;
  • Korporativ şirkətdə, bankda, böyük təşkilatda və ya peşəkar tədbir agentliyində tədbirlərin planlaşdırılması və təşkilinə dair praktiki təcrübəyə;
  • Böyükmiqyaslı korporativ tədbirlərin hazırlanması və idarə olunması üzrə praktiki təcrübəyə;
  • Ən azı 100–300 nəfərlik korporativ tədbirlərin təşkilində əsas icraçı və ya məsul koordinator qismində iştirak təcrübəsinə;
  • Konfrans, forum, rəsmi təqdimat, biznes tədbiri və ya yüksək səviyyəli korporativ tədbirlərdən ən azı 3-nün təşkilində birbaşa məsuliyyət təcrübəsinə;
  • Layihələrin koordinasiyası və vaxtın effektiv idarə edilməsi bacarığına;
  • Güclü kommunikasiya və danışıqlar aparmaq bacarığına;
  • Dinamik iş mühitində operativ qərarvermə bacarığına sahib olan şəxsdir.