Görəcəyiniz işlər:
- Məhsul sahibi və Bankın struktur bölmələri ilə biznes ehtiyaclarının, həllin əhatə dairəsinin və gözlənilən nəticələrin müəyyənləşdirilməsi;
- Funksional və qeyri-funksional tələblərin, biznes qaydalarının, istifadəçi ssenarilərinin (User Story, Use Case) və qəbul meyarlarının hazırlanması;
- Mövcud və hədəf biznes proseslərin BPMN/UML diaqramları vasitəsilə modelləşdirilməsi və optimallaşdırma imkanlarının müəyyən edilməsi;
- Əsas, alternativ və xəta ssenarilərinin, validasiya qaydalarının və status keçidlərinin sənədləşdirilməsi;
- Bankın daxili sistemləri və xarici tərəfdaşlarla API inteqrasiyaları üzrə tələblərin, sorğu-cavab strukturlarının və məlumat xəritələnməsinin hazırlanması;
- SQL sorğuları vasitəsilə məlumatların təhlil edilməsi və sistemlərarası məlumat uyğunluğunun yoxlanılması;
- Proqramçılar və sistem arxitektorları ilə texniki həllərin müzakirə edilməsi, dəyişikliklərin mövcud sistemlərə təsirinin qiymətləndirilməsi;
- Tələblərin icrası zamanı yaranan sualların cavablandırılması, dəyişikliklərin və açıq məsələlərin aidiyyəti tərəflərlə razılaşdırılması;
- API yoxlamaları, inteqrasiya testləri və istifadəçi qəbul testləri (UAT) proseslərinə dəstək göstərilməsi;
- Hesabatlılıq, audit izi və əməliyyatların üzləşdirilməsi üçün məlumat tələblərinin müəyyənləşdirilməsi;
- Tələblərin, inteqrasiya təsvirlərinin və razılaşdırılmış qərarların Confluence platformasında aktual saxlanılması.
Bizim üçün uyğun namizəd:
- İnformasiya texnologiyaları, kompüter elmləri, dəqiq elmlər, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsilə;
- İT biznes analitikası və ya sistem analitikası üzrə minimum 2 il iş təcrübəsinə;
- Biznes ehtiyaclarının təhlili və icraya hazır texniki tələblərin hazırlanması bacarığına;
- User Story, Use Case, biznes qaydaları və qəbul meyarlarının hazırlanması üzrə təcrübəyə;
- BPMN və UML, xüsusilə Sequence və Activity diaqramları ilə işləmək bacarığına;
- REST API, HTTP, JSON, Swagger/OpenAPI üzrə biliklərə;
- Postman və ya analoji alətlərlə API yoxlamaları üzrə təcrübəyə;
- SQL sorğularının (JOIN, GROUP BY, Subquery) yazılması və məlumatların təhlili üzrə biliklərə;
- Sinxron və asinxron inteqrasiyalar, mikroservislər və mesajlaşma mexanizmləri barədə anlayışa;
- SDLC və Agile metodologiyaları, Jira və Confluence platformaları ilə iş təcrübəsinə;
- Bank məhsulları və əsas bank əməliyyatları barədə anlayışa;
- Texniki sənədləri oxumaq və işgüzar yazışmalar aparmaq üçün orta səviyyədə ingilis dili biliklərinə;
- Analitik düşüncə, effektiv ünsiyyət və tapşırıqları müstəqil idarə etmək bacarığına sahib olmalıdır.
Aşağıdakı bilik və təcrübələrə sahib olmaq üstünlükdür:
- Kriptoaktivlər və kriptovalyuta birjalarının iş prinsipləri barədə bilik və ya layihə təcrübəsi;
- Kriptovalyutaların alqı-satqısı, qiymət təklifləri, sifarişlərin icrası, komissiyalar və limitlər barədə anlayış;
- Fiat və kripto vəsaitlərin mədaxil-məxarici, blokçeyn şəbəkələri və elektron pul kisələri barədə biliklər;
- Bank və kriptovalyuta birjaları arasında API inteqrasiyaları, əməliyyat statuslarının izlənilməsi və üzləşdirmə prosesləri üzrə təcrübə;
- Kripto əməliyyatlarında KYC/AML, sanksiya yoxlamaları və əməliyyat monitorinqi prinsipləri barədə məlumatlılıq;
- Kafka, Webhook, idempotentlik və məlumatların təkrar emalı mexanizmləri barədə biliklər.