Pərakəndə kreditlərin anderraytinqi şöbəsinin mütəxəssisi/aparıcı mütəxəssisi

Daimi Tam gün

İş haqqında

Görəcəyiniz işlər:

  • İstehlak və mikro kreditlər üzrə müraciətləri təhlil etmək, kredit risklərini qiymətləndirmək və bankdaxili qaydalara uyğun olaraq səlahiyyət çərçivəsində qərar qəbul etmək;
  • Müştərinin gəlir və xərclərini, mövcud öhdəliklərini təhlil edərək maliyyə vəziyyətini və ödəmə qabiliyyətini qiymətləndirmək;
  • Müştərinin kredit tarixçəsini və ödəniş davranışını təhlil etmək, defolt riskini artıran amilləri, məlumatlardakı uyğunsuzluqları və mümkün saxtakarlıq əlamətlərini müəyyənləşdirmək;
  • Qızıl təminatlı kredit müraciətlərini təhlil etmək. Qızıl və digər təminat növlərinin bazar dəyərini və likvidliyini nəzərə alaraq təminatın kredit öhdəliyini nə dərəcədə qarşıladığını qiymətləndirmək;
  • Restrukturizasiya müraciətləri üzrə ödəniş çətinliyinin səbəblərini təhlil etmək, yeni kredit şərtlərinin müştərinin ödəmə qabiliyyətinə uyğunluğunu qiymətləndirmək və səlahiyyət çərçivəsində qərar qəbul etmək;
  • Kreditləşmə üzrə araşdırmalar aparmaq, hesabatlar hazırlamaq və proseslərin təkmilləşdirilməsi üçün təkliflər vermək;
  • Vəzifə funksiyalarından irəli gələn digər tapşırıqları və bu çərçivədə rəhbərliyin verdiyi tapşırıqları icra etmək.

 

Bizim üçün uyğun namizəd:

  • İqtisadiyyat, maliyyə və ya riyaziyyat üzrə ali təhsili olan;
  • Bank və ya maliyyə sektorunda ən azı 1 il iş təcrübəsi olan;
  • Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və Mərkəzi Bankının kredit risklərinin idarə edilməsi üzrə tələbləri və kreditləşməyə aid digər normativ aktlar barədə bilikləri olan;
  • İstehlak və mikro kreditlərin təhlili, anderraytinqi və kredit qərarlarının qəbulu üzrə praktiki təcrübəsi olan;
  • Müştərinin gəlir və xərclərini, borc yükünü və maliyyə vəziyyətini təhlil etmək, davranış modelinin nəticələrini şərh etmək bacarığı olan;
  • Mikro sahibkarın pul axınlarını təhlil edərək biznesin kredit ödənişlərini qarşılamaq imkanını qiymətləndirmək bacarığı olan;
  • Analitik və məntiqi düşünmək, problemlərə həll yolları təklif etmək və çevik qərarvermə qabiliyyəti olan;
  • MS Office proqramlarından sərbəst istifadə bacarığı tələb olunur. SQL və ya Python bilikləri əlavə üstünlükdür;
  • Azərbaycan dilində sərbəst şifahi və yazılı ünsiyyət bacarığı. İngilis və rus dillərini bilmək əlavə üstünlükdür;
  • CFA və ya ACCA sertifikatlarına və ya bu proqramlar üzrə biliklərə malik olmaq əlavə üstünlükdür.
  • Detallara diqqət, məsuliyyətlilik və tapşırıqları prioritetləşdirərək vaxtında yerinə yetirmək bacarığı olan;
  • Komandada işləmək və effektiv ünsiyyət bacarığı olan şəxsdir.