Görəcəyiniz işlər:
- Tribe tələblərinə uyğun məlumatın toplanması, təhlili və hesabatların hazırlanması;
- Bank məhsul və xidmətlərinə yönəlik prediktiv modellərin və test qruplarının hazırlanması;
- Məhsullar üzrə mənfəət/zərər (cost/benefit) analizlərinin aparılması;
- Müştərilərin bank məhsul və xidmətləri üzrə tranzaksiyalarını analiz etmək və daha sonrakı seqmentasiya və təsnifləndirmə (clustering) işlərinin aparılması;
- Xətti və qeyri xətti (Linear and non-linear) modellər, təsnifləndirmə (clustering), optimizasiya və prediktiv analitika kimi metodlarının tətbiqi;
- Strateji qərarların verilməsində və dəyişdirilməsində, habelə əsas bizneslə bağlı fəaliyyətlərin dəstəklənməsi məqsədiylə data və statistik analizlərin aparılması;
- Biznes strukturları və rəhbərlik üçün vizuallaşdırma alətlərindən istifadə edərək hesabatların hazırlanması;
- Görüləcək işləri texniki araşdırmaq, Agile komandası ilə texniki tapşırıqları müzakirə etmək.
Bizim üçün uyğun namizəd:
- Ali təhsil (Riyaziyyat, Statistika, analitika yönümlü biznes ixtisasları üstünlükdür);
- Yüksək səviyyədə riyazi və analitik biliklərə;
- Bankçılıq, maliyyə planlaması, risk menecmenti, biznes proseslər menecmenti sahələri üzrə ən azı 1 illik iş təcrübəsinə;
- Analitik texnikalar, SQL və ya digər strukturlu proqramlaşdırma dilləri, həmçinin Excel üzrə mükəmməl biliklərə sahib olan;
- Problemlərə kompleks və məntiqi yanaşma bacarığına;
- Dəqiq və detallara qarşı diqqətli;
- Yüksək şəxsi keyfiyyətləri olan və komanda tərkibində işləmə qabiliyyətli;
- Yüksək yazılı və şifahi ünsiyyətqurma qabiliyyətli şəxsdir.