Məlumat bazası üzrə inzibatçı/baş inzibatçı

Daimi Tam gün

İş haqqında

Görəcəyiniz işlər:

  • Məlumat bazalarının işini təşkil etmək, dəyişiklikləri və dayanıqlılığı təmin etmək;
  • Yeni məlumat bazalarını qurmaq və sazlamaq;
  • Serverlərin və bazaların əməliyyat sistemlərinin dayanma olmadan yenilənməsini planlamaq və həyata keçirmək;
  • Məlumat bazalarını monitorinq etmək, onların fasiləsiz işini təşkil etmək və arxivləşdirmək;
  • Məlumat bazalarını köçürmək, ehtiyat mərkəzində qurulması işini planlamaq və təşkil etmək;
  • Verilənlər bazasının fiziki quruluşunu və funksional imkanlarını,verilənlər bazası təhlükəsizliyini, məlumatların ehtiyat nüsxəsini və bərpa xüsusiyyətini müəyyənləşdirərək həll yollarını tövsiyə etmək.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilə;
  • Azərbaycan, İngilis və Rus dili biliklərinə;
  • Oracle, PostgreSQL, MongoDB məlumat bazaları üzrə iş təcrübəsinə;
  • RDBMS və Oracle arxitekturası üzrə əsaslı biliklərə;
  • Məlumat bazalarının performansının tənzimlənməsi və monitorinq sistemləri üzrə biliklərə;
  • Linux əməliyyat sistemi üzrə biliklərə;
  • Sahə üzrə nəzəri biliklərə (beynəlxalq sertifikat üstünlükdür) sahib olan şəxsdir.