Proqram təminatının inkişafı departamentinin avtomatlaşdırılmış əməliyyat sistemi üzrə proqramçısı

Daimi Tam gün

İş haqqında

Görəcəyiniz işlər:

  • Proqram təminatını hazırlamaq və tətbiq məntiqini anlayaraq alqoritmləri yaratmaq;
  • Proqram təminatının tətbiqi üçün hazırlanmış “Texniki sənədləri” tətbiq etmək;
  • Proqram təminatının kodlarının təyin edilmiş standartlara (Code Convention) və müasir tələblərə cavab verən təkrar tətbiqi və istifadə edilə bilinəcək şəkildə yazılmasını təmin etmək;
  • Mövcud sistem, proqram təminatları və onların modulları ilə işləmək;
  • Açıq mənbəli (Open Source) sistemlərin kodlarında dəyişikliklər etmək və tələblərə uyğun optimallaşdırmaq;
  • İstifadə edilən sistemlər arasında inteqrasiyaları həyata keçirməkdir.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilə;
  • Verilənlər Bazası (DataBase), Münasibətli Verilənlər Bazası (Relational DataBase) ilə bağlı iş təcrübəsinə;
  • OOP prinsipləri, ABS (Automated Banking Systems), Javascript ilə bağlı ilə bağlı iş təcrübəsinə;
  • SQL sorğuların yazılması (Querying) ilə bağlı biliklərə;
  • PL/SQL prosedurları ilə bağlı təcrübəyə;
  • Bank sektorunda 2 ildən artıq iş təcrübəsinə;
  • Yüksək səviyyədə analitik bacarıqlara;
  • Agile İdarəetmə Metodologiyaları ilə idarəetmə və ya Agile iş prinsipi ilə fəaliyyət göstərən komandalarla, xüsusilə Scrum komandalar ilə iş bacarığına sahib olan şəxsdir.