Daxili audit departamentinin baş auditor, aparıcı auditor, auditor və kiçik auditoru

Daimi Tam gün

İş haqqında

Görəcəyiniz işlər:

  • Proses və strukturlar üzrə idarəetmə, risklərin idarə edilməsi və daxili nəzarət mexanizimlərinin effektivliyini təhlil etmək;
  • Requlyativ tələblərə və qabaqcıl təcrübəyə uyğunluğu qiymətləndirmək;
  • Beynəlxalq daxili audit standartlarına uyğun olaraq audit layihələrini icra etmək və ya idarə etmək;
  • Aktivlərin idarəedilməsi və xərclərin effektivliyini qiymətləndirmək;
  • Maliyyə hesabatlarının dəqiqliyini və etibarlığını qiymətləndirmək;
  • Məsafədən və yerində auditlər aparmaq, məlumat/məlumat bazalarının təhlilini həyata keçirmək;
  • Audit müşahidəsi, tövsiyələr və müəyyən edilmiş tədbirlərin yer aldığı hesabatları tərtib etmək;
  • Audit tövsiyələrinin icra səviyyəsini yoxlamaq;
  • Daxili audit fəaliyyətinin təşkili və təkmilləşdirilməsi istiqamətində layihələrdə iştirak etmək.

 

Bizim üçün uyğun namizəd:

  • İT/maliyyə/data analitika/risk/ məshul və proseslərin idarəedilməsi sahələrində minimum 2 illik təcrübəyə;
  • Əlaqədar sahələrdə ali təhsil və/və ya sertifikatlara;
  • Yüksək fərdi xüsusiyyət və dəyərlərə:
  • Analitik və kritik düşünmə,
  • Təşəbbüskarlıq və əzmkarlıq,
  • Qərəzsizlik, tərəfsizlik, müstəqillik,
  • Məsələlələrə mikro və makro baxış,
  • Yüksək ünsiyyət bacarıqları,
  • Davamlı inkişaf həvəsi və s.
  • Azərbaycan, ingilis və ya rus dili biliklərinə;
  • Microsoft Office və/və ya data analitik proqramlar ilə işləmə bacarıqlarına sahib olan;
  • Vətəndaş qüsursuzluğu olan şəxsdir.

 

QEYD: Aşağıdakı sahələr üzrə müvafiq təcrübə və sertifikasiyası olan namizədlərə üstünlük veriləcəkdir.

  • İT - Kiber təhlükəsizlik, kodlaşma, İT və rəqəmsal fraud analitikası və sistem inzibatçılığı üzrə təcrübə, CISA, CIA, CISSP, CRISC, ITIL, CISM, CRMA, ISSMP və s. aidiyyəti sertifikatlar
  • Maliyyə - Bankların maliyyə strukturlarında və ya BIG 4 şirkətlərində maliyyə sahəsi üzrə auditor təcrübəsi, CIA, ACCA, CFA, DipIFR və s. aidiyyəti sertifikatlar
  • Data analitika – Böyük data ilə çalışma və hesabatlıq təcrübəsi,QlikSense, SQL, Phyton, VBA və s. data analitika proqramlarını bilmə
  • Risk – Əməliyyat, kredit və IT risklər sahəsində təcrübə, FRM,CERA, CRM, PRM, ISO31000 və s. aidiyyəti sertifikatlar
  • Məhsul və proseslərin idarəedilməsi – Məhsul sahibi, biznes analitik,  scrum master, biznes proseslərin optimallaşdırılması və layihələrin idarə edilməsi sahəsində təcrübə, PMP, PBA, CSM, ACP,  CPM və s. aidiyyəti sertifikatlar